Moskvanın Meşan Rayon Məhkəməsi tele-aparıcı Kseniya Sobçakı "Roskosmos"un baş direktorunun müşaviri İvan Safronova dəstək piketində iştirak etdiyi üçün 20 min rubl məbləğində cərimələyib.
Teleqraf.com xəbər verir ki, Sobçak ictimai yerdə kütləvi tədbirin keçirilməsi qaydasının pozmaqda ittiham olunub.
Qeyd edək ki, İvan Safronov dövlətə xəyanətdə ittiham olunur. Onu 20 ilə qədər həbs cəzasının gözlədiyi bildirilib.