7 Avqust 2020 13:47
2 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Krım icmasının rəhbəri Roman Çeqrinets Belarus Prezidenti Aleksandr Lukaşenkonu Ukraynanın ilhaq edilmiş Krım bölgəsinə rəsmi səfərə və yarımadanın Rusiya statusunu tanımağa dəvət edib.

Teleqraf.com xəbər verir ki, Roman Çeqrinets Lukaşenkonun 2014-cü ildə Krımda baş verənləri tam anlamadığını söyləyib.

"Mən Aleksandr Qriqoreviçi Krıma dəvət edirəm. Burada, yerində ona danışacağıq və hər şeyin həqiqətən necə baş verdiyini göstərəcəyik. Qoy o, gözəl Qara dənizdə çimsin, cənub günəşinin altına özünü quma basdırsın, bir stəkan gözəl Krım şərabı içsin və Krımdakı belarusluların ondan nə gözlədiyini soruşsun”, - icma rəhbəri bildirib.

Bundan əvvəl Lukaşenko ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibədə Ukraynanın Krımı itirdiyini, çünki öz torpaqlarını qorumaq üçün gücü və istəyi olmadığını söyləyib.

Lukaşenko Ukrayna hakimiyyətinin yerinə Krım üçün vuruşacağını da deyib və əlavə edib ki, bundan sonra Ukraynanın silahlı qüvvələri ölkə daxilində yüksək hazırlıq səviyyəsinə gətirməsi lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər