Çin Xalq Respublikasının sədri Si Cinpin Belarus Prezidenti Aleksandr Lukaşenkonu prezident seçkilərindəki qələbə münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Belarus” xəbər verir.
“Çin hökuməti və Çin xalqı adından, həmçinin, öz adımdan isti təbriklərimi və ən xoş arzularımı bildirirəm. Əminəm ki, Sizin rəhbərliyiniz altında Belarus dövlət quruculuğu sahəsində mütləq yeni parlaq uğurlar qazanacaqdır”, – deyə təbrikdə bildirilir.
Belarusda prezident seçkisi avqustun 9-da baş tutub. İlkin məlumatlara görə, hazırkı dövlət başçısı A.Lukaşenko 80,23% səs toplayıb.