Livanın Baş naziri Həsən Diab respublika prezidenti Mişel Auna istefa vermək niyyəti barədə məlumat verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı prezident sarayındakı mənbəyə istinadən xəbər yayıb.
Telekanalın məlumatına görə, Həsən Diab hökuməti iclas üçün toplamağa bacarıb-bacarmamasından asılı olmayaraq istefasını elan edəcək.
Bundan əvvəl Beyrutda hökumət əleyhinə mitinqdə iştirak edən nümayişçilərlə polis əməkdaşları arasında toqquşmalar baş verib. Yerli mediada yayılan məlumatlara görə, iğtişaşlar Livan parlamentinin qarşısında başlayıb. Aksiya iştirakçıları Nazirlər Kabinetinin istefasını tələb edib. Onlar məmurları korrupsiyada ittiham edərək bu amilin avqustun 4-də limanda partlayışa gətirib çıxardığını bildiriblər.