11 Oktyabr 2014 09:37
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın cənub hissəsində aramsız yağan yağışlar daşqınlara səbəb olub.

Çayların daşması, əsasən, Yuzes, Nim və Somier şəhərlərində fəsadlar törədib. Daşqın suları onlarla evi, yolları basıb. Yuzes və Nim şəhərində bəzi bölgələrdə suyun hündürlüyü 1 metrə çatıb.

Sel yollarda avtomobilləri sürükləyərək aşırıb. Nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Daşqın suları regionun təsərrüfatına ciddi ziyan vurub.

Elektrik şəbəkələrinin sıradan çıxması nəticəsində yüzlərlə ev işıqsız qalıb. Rəsmilər təbii fəlakətlə əlaqədar hələlik insan itkisi barədə açıqlama verməyiblər./anspress/


Müəllif:

Oxşar xəbərlər