Cənubi Kiprdəki (Yunan) Andreas Papandreu hərbi hava bazasına enən Fransanın iki döyüş qırıcısı Aralıq dənizində uçuş həyata keçirib.
Teleqraf.com xəbər verir ki, İsrail Silahlı Qüvvələrinə məxsus 4 döyüş qırıcısının da birgə təlimlərə qatıldığı açıqlanıb.
“Rafale” tipli iki qırıcını Fransa Hərbi Hava Qüvvələrinə aid bir nəqliyyat təyyarəsi müşayiət edib. Fransız təyyarələrinin ehtiyac yaranacağı təqdirdə Cənubi Kiprə dislokasiya ediləcəyi bildirilib.
Təlimlərin başlaması Türkiyənin Aralıq dənizinin şərqinə karbohidrogen axtarışları üçün gəmi (“Oruc Rəis”) göndərmək qərarı verməsindən sonraya təsadüf edib.