Belarus parlamentinin üzvü, “Miss Belarus 2018” müsabiqəsinin qalibi, 23 yaşlı Mariya Vasileviç zorakılığa son verilməsinə dair tərəflərə çağırış edib.
Teleqraf.com xəbər verir ki, xanım deputat bu barədə İnstaqram hesabında yazıb.
“Müdafiəsizlərə qarşı qəddarlıq və şiddət göstərənlər, iğtişaşlar törədənlər. Təcavüzü dayandırın! Bir-birinizin gözünə baxın”, - Vasileviç yazıb.
Vasileviç əlavə edib ki, Belarus belə bir ağrıya layiq deyil.
Prezidenti Aleksandr Lukaşenko dəfələrlə Vasileviçlə birlikdə ictimaiyyət qarşısında görünüb. 2018-ci ilin dekabrında Yeni il tədbirində rəqs ediblər.
Belarusda kütləvi etiraz aksiyaları, hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun qalib gəldiyi prezident seçkilərindən sonra – avqustun 9-da başlayıb. MSK-nın məlumatına görə, o, səslərin 80,08% -ni qazanıb.