14 Avqust 2020 22:43
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Prezidenti İqor Dodon koronavirusa qarşı vaksininin ölkəsinə verilməsi məsələsi ilə əlaqədar rəsmi olaraq Rusiya rəhbərliyinə müraciət etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

“Artıq peyvənd tapdıqlarını iddia edən ölkələrlə, xüsusən də Rusiya Federasiyası ilə əlaqə saxlayırıq. Rəsmi olaraq Rusiyadan olan tərəfdaşlara müraciət etdik ki, peyvənd Moldovaya da tədarük edilsin”, - Dodon qeyd edib.

O, vəziyyətlərin normallaşacağına ümid etdiyini, bunun Moldova vətəndaşlarının kütləvi peyvənd edilməsinə imkan verəcəyini bildirib. Üstəlik respublikada peyvəndin könüllü olacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər