17 Avqust 2020 12:19
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda dövlətə məxsus “Belteleradiokompaniya”nın işçilərinin bir hissəsi bu gün tətilə çıxıb.

Teleqraf.com xəbər verir ki, kompaniyanın əməkdaşları işdən çıxmaq istəmədiklərini, işlərinə gələcəklərini, ancaq işləməyəcəklərini söyləyiblər.

“Belteleraliokompaniya”nın işçiləri burada toplaşan qeyri-dövlət mediasının jurnalistlərinə siyasi rəhbərliklə şirkətin ölkədə baş verən hadisələri işıqlandırmaq siyasəti barədə danışmaq istədiklərini bildiriblər.

Bəzi işçilər isə ofisi tərk edərək, artıq istefa məktubu yazdıqlarını açıqlayıblar, lakin çoxu işdən çıxmaq istəmir. İşçilərin əksəriyyəti işə gəlmək qərarına gəlib, amma işləməyəcək.

Şirkətin məsul əməkdaşı Sergey Zlotnikov həmkarlarına bildirib ki, şirkət rəhbərliyi tətil etmək qərarına gələn işçilərə düşünmək üçün 1-1.5 saat vaxt verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər