18 Avqust 2020 18:52
2 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir ölkənin dövlət başçısı olmaq iddiasında olan bir insanın bu sözləri dilinə gətirməsi siyasi əxlaqa uyğun gəlmir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Co Baydenin Prezident Rəcəb Tayyib Ərdoğan haqda səsləndirdiyi fikirlərə münasibət bildirən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin köməkçisi Numan Kurtulmuş deyib.

O, Baydenin Türkiyədə hakimiyyət çevrilişi etmək istəyən Fəhullahçı Terror Təşkilatı (FETÖ) ilə eyni zehniyyətə malik olduğunu bildirib:

“Adam açıq şəkildə etiraf edir ki, 12 İyul qiyamına cəhd edənlərlə eyni sıradadır. Deyir ki, biz Ərdoğanı devirəcəyik, amma bunu demokratik yolla edəcəyik. Sən kimsən? Həddini aşma, unutma, sən sadəcə ABŞ-ın yarışan namizədlərindən birisən, prezident olsan da fərq etməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər