19 Avqust 2020 15:34
3 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun KTMT vasitəsilə kömək istəməsindən sonra Qazaxıstan bu ölkədəki vəziyyəti təhlil edir”.

Teleqraf.com-un məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər nazirinin müavini Ərjan Aşikbayev açıqlama verib.

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinin ilk tələbində respublikaya hərbi yardım göstərməyə razılıq verdiyini söyləyib. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Lukaşenko ilə söhbətində Putin Birlik Dövlətinin prinsipləri əsasında yaranan problemlərin həllində, lazım gələrsə KTMT vasitəsi ilə lazımi kömək göstərməyə hazır olduğunu təsdiqləyib.

Aşikbayev isə KTMT vasitəsilə bu ölkəyə yardım göstərilməsinin mümkünlüyünü şərh edərkən bildirib ki, respublika bu vəziyyəti nəzərdən keçirəcək və sonra qərar qəbul edəcək.

Xarici işlər nazirinin müavininin sözlərinə görə, ölkə öz milli maraqlarına əsaslanaraq qərar qəbul edəcək. Aşikbayev Qazaxıstan Xarici İşlər Nazirliyinin bu mövzuda hərtərəfli məlumat verəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər