20 Avqust 2020 12:12
3 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı Türkiyə ilə münasibətlərdən danışıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı həmişə Türkiyə ilə qarşılıqlı hörmət prinsipinə əsaslanan münasibətləri müdafiə etdiyini deyib.

Akıncı Cənubi Kiprin (yunan) tərkibində etnik azlıq olmaq istəmədikləri kimi, başqa bir dövlətdən asılı olmq istəmədiklərini söyləyib:

“Həmişə Türkiyə ilə qarşılıq hörmətə əsaslanan münasibətləri müdafiə etdim. Bizdən Türkiyəyə düşmən olmaz, amma “otur ərəb, qalx ərəb” kimi biətçi də olmaz. Biz yunan tərəfinin tərkibində etnik azlıq da olmaq istəmirik. Bu torpaqlarda qürurlu bir xalq olaraq, bərabərlik, azadlıq və təhlükəsizlik içində yaşamaq istəyirik. Xalqımız bu həssaslığına hörmət gözləyir.

Seçkilərdə yeganə söz sahibi xalqımızın özüdür. Bu çərçivədən kənarda heç bir müdaxiləni qəbul etmirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər