Talibanın Pakistan qolu olan “Tahriki Taliban Pakistan” (TTP) Nobel Sülh Mükafatının pakistanlı Malala Yusufzaya verilməsinin yolverilməz olduğunu bildirib.
Teleqraf.com-un məlumatına görə, 16 yaşlı Nobel mükafatçısını “kafirlərin agenti” adlandıran təşkilat onun islamı təmsil etmədiyini iddia edib.
Xatırladaq ki, 2012-ci ildə Pakistanda təhsil fəaliyyətinə dəstək verdiyi üçün talibançılar tərəfindən başından vurulan Malala Yusufzay dünən Nobel Sülh Mükafatına layiq görülüb.