Paytaxt Dəməşqdə qaz boru kəmərinin partlaması Suriyada elektrik cərəyanının kəsilməsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası Energetika Nazirliyinə istinadən xəbər verib.
Məlumatda bunun terror hadisəsi ola biləcəyi istisna olunmayıb. Partlayışın Dəməşq əyalətindəki Dumayra və Adra bölgələri arasındakı qaz boru kəmərində baş verdiyi bildirilib.
Partlayış nəticəsində üç elektrik stansiyası zərər görüb. Mütəxəssislər problemlərin aradan qaldırılması üzərində işləyirlər. Elektrik təchizatının tədricən bərpa olunduğu deyilib.
Vəziyyətin yaxın bir neçə saat ərzində normala dönəcəyi qeyd olunub.