27 Avqust 2020 21:16
3 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya özünü “xalq tərəfindən seçilən prezident” adlandırıb.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşrinə verdiyi müsahibədə söyləyib.

“Rəsmi rəqəmlərin saxta olduğunu bilirsiniz. Mən insanların səs verdiyi bir qadınam, çoxluğun seçdiyi liderəm”, - Tixanovskaya qeyd edib.

Tixanovskaya Belarusu azad və inamlı gələcəyə aparmaq istədiyini, amma müxalifətin Avropa İttifaqından kömək almadığını söyləyib: “Heç bir Avropa ölkəsindən heç bir maddi yardım və ya bir şey almamışıq. Ölkədəki insanlara kömək etməyə çalışan bəzi təşəbbüskarlar var”.

Üçüncü həftədir Belarusda kütləvi etiraz aksiyaları keçirilir. Vətəndaşlar Tixanovskayanın 10 və altıncı dönəm üçün namizəd olan Prezident Aleksandr Lukaşenkonun 80 səsini qazandığı seçkilərin rəsmi nəticələrinə etiraz edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər