İsveçin Malmö şəhərinin Rusenqord əyalətində “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Bildirilir ki, təxribatçı hərəkətlərdən qəzəblənən 300-ə yaxın sakin Rusenqord, Amiralsqatan və Şeleqatan şəhərlərinin iki əsas küçəsindəki avtomobil yolunu bağlayıblar.
Qeyd olunur ki, hadisə yerinə gələn polislərə daş parçaları, şüşə və yandırıcı maddə atılıb.