29 Avqust 2020 19:49
2 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) İsraillə imzaladığı razılaşma bu ölkənin İordaniya ilə münasibətlərini gərginləşdirib.

Teleqraf.com xəbər verir ki, İordaniya hakimiyyəti susmağa üstünlük versə də, saraya yaxın çevrələr və xalq BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Ziaydı tənqid etməyə başlayıb.

BƏƏ-ni tənqid edən şəxslərdən biri də İordaniya kralının ögey qardaşı Şahzadə Əli bin Hüseyn olub.

Şahzadə Hüseyn sosial şəbəkədə “Əmirlik-İsrail razılaşması: İnkişaf və ya xəyanət” adlı ingilis dilində məqalə paylaşıb.

Paylaşım BƏƏ-ni narahat edib. Ərəb mediası iddia edib ki, bu paylaşımı silmək üçün BƏƏ İordaniyaya təzyiq göstərib. Şəxsən şahzadə Ziyad Kral Abdullahı telefonda təhdid edib. Bildirib ki, BƏƏ-də işləyən İordaniya vətəndaşlarının deportasiya edilməsindən tutmuş İordaniyadan səfirin geri çağırılmasına qədər addımlar atılacaq.

Bundan sonra İordaniya kralının qardaşı paylaşımı silib.


Müəllif: Cavad

Oxşar xəbərlər