30 Avqust 2020 22:48
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK terror təşkilatının 4 hərbçisini zərərsizləşdirdi.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, hava əməliyyatı Zap bölgəsində aparılıb.

Qeyd edilib ki, Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı əməliyyatlarını bölgədəki son PKK terrorçusunun məhvinə qədər davam edəcək.


Müəllif: Teleqraf.com