13 Oktyabr 2014 11:36
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı generallardan ibarət nümayəndə heyətinin Ankaraya səfəri ərəfəsində Türkiyənin hökumət üzvləri, Silahlı Qüvvələrin Baş Qərargahının nümayəndələri və əlaqədar qurumların təmsilçilərindən ibarət komitə danışıqlarla bağlı hazırlığa başlayıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı Türkiyədən aparılacaq quru hücumları zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və İŞİD-in məhv edilməsi ilə bağlı Ankara tərəfi ABŞ-a 10 şərt təklif edib. Danışıqlar zamanı gündəmdə olacaq əsas məsələlər:

1. Koalisiya gücləri terror qrupuna və rejimə qarşı birgə mövqe ortaya qoymalıdır.

2. Təlimə gələcək suriyalılara qarşı təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir.

3. Hərbi hərəkat öncəsi təhlükəsiz zona yaradılması və hücumlardan sonra başlayacaq miqrasiya dalğasının qarşılanması üçün yardım edilməlidir.

4. Təlimlərə Türkiyə ilə yanaşı digər müsəlman ölkələrinin də qoşulması tələb olunur. Bununla ABŞ əleyhidarlarının döyüş xəttində İŞİD-ə dəstək verməsinin qarşısı alınacaq.

5. Maarifləndirmə proqramı çərçivəsində ağır silahlardan istifadə olunmayacaq. Təlimlərdə yalnız kiçik çaplı silahlarla bağlı təhsil veriləcək.

6. İŞİD-in nəzarətində olan Kobaniyə və regiona humanitar yardımlar fasiləsiz davam etdiriləcək.

7. Regiona göndəriləcək silahlar qeydiyyata alınacaq. Buna səbəb silahların PKK terror qruplaşmasının əlinə keçməsinin qarşısı almaqdır.

8. Bölgədə kəşfiyyat uçuşları davam etdiriləcək. Lazım gəldikdə isə bu uçuşlardan çatdırılma və loqistika üçün istifadə edilə bilər.

9. Yaradılan təhlükəsizlik zolağında əsas məsuliyyət türk əsgərlərinin üzərinə düşür.

10. ABŞ və koalisiya gücləri İŞİD terror qruplaşmasının məhv edilməsi və Suriya prezidenti Bəşər Əsəd rejiminin devrilməsi üçün bütün lazimi dəstəyi verəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər