2 Sentyabr 2020 08:05
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis zorakılığına qarşı təşkil edilən nümayişlər dinc deyil, daxili terror təxribatlarıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Ağ Ev rəhbəri nümayişçilərin iş yerlərinə zərər verdiyini, federal binaları yandırdığını, mağazaları qarət etdiklərini bildirib.

Tramp əlavə edib ki, hökumət orqanları təhlükəsizliyi təmin etmək üçün böyük əmək sərf edir.

Qeyd edək ki, son dönəmlərdə Amerika polislərinin qaradərililərlə amansız rəftarı ABŞ cəmiyyətində kəskin hiddətə səbəb olub.


Müəllif: Mənbə/Axar.az