Doğum evində dünyaya uşaq gətirən xanım xərcləri ödəyə bilmədiyi üçün körpəni xəstəxanaya satmalı olub.
Teleqraf.com xəbər verir ki, hadisə Hindistanın Uttar Pradeş əyalətinin Agra şəhərində olub.
Şiv Karan adlı şəxs hamilə xanımını sancısı tutduğu üçün təcili özəl xəstəxanaya çatdırıb. Ancaq doğuşdan sonra xəstəxanaya 35 min rupi (təxminən 900AZN) ödəmək tələbi qoyulub.
Pulu olmayan hindli ailənin körpəsi xəstəxana tərəfindən “müsadirə edilib”.
Körpənin atası Şiva deyib ki, xəstəxana uşağı 12 min rupiyə satmaq üçün onlara təzyiq edib.
Körpədən ailənin imtina etdiyini bildirən xəstəxana rəsmilərinin iddiasına görə, bu, satış deyil, övladlığa verilmə addımıdır. Xəstəxana körpənin övladlığa verilməsinə dair müvafiq sənəd hazırlayıb və ailə də sənədə imza atıb.
Şiva isə iddiaları rədd edib. Onun sözlərinə görə, yazb-oxumaq bilmədiyindən qarşısına qoyulan sənədə imza atıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başladığını elan edib.