3 Sentyabr 2020 00:39
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus ilə Rusiya arasındakı hərbi əməkdaşlıq, həmçinin birgə hərbi təlimlərin hazırlanması məsələsi iki dövlətin silahlı qüvvələrinin Baş Qərargah rəisləri Aleksandr Volfoviç və Valeri Gerasimov tərəfindən müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Tərəflər Belarus ərazisində keçiriləcək "Slavyan qardaşlığı - 2020" Belarus-Rusiya- Serbiya təliminə, həmçinin "Qafqaz-2020" strateji komanda-qərargah təliminə (Rusiya ərazisində keçiriləcək) hazırlğı, hərbi əməkdaşlığın mövcud vəziyyətini müzakirə ediblər”, - deyə məlumatda vurğulanıb.

“Qafqaz – 2020” komanda-qərargah təlimi bu ilin sentyabrında Rusiyanın cənubunda keçiriləcək.

"Slavyan qardaşlığı" təlimində isə ənənəvi olaraq Rusiya, Serbiya və Belarusdan olan hərbçilər iştirak edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər