Qlobal təhlükələrə müqavimət göstərmək üçün dövlətlərin kollektiv səylər zəruridir.
Teleqraf.com ria.ru-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlayıb. Onun sözlərinə görə, rəsmi Mosvka Rusiya və Qərb arasında birbaşa qarşıdurmanın “primitiv sxemlər” üzərinə yönləndirilməsinə qarşıdır: “Qərb Rusiyaya qarşı dostluqdan kənar hərəkətlərə yol verir. Rusiya transsərhəd problemlərinin həllinə davamlı konstruktiv töhfə verməyə hazırdır. Əlbəttə bu bərabərhüquqlu prinsiplərə əsaslanmalıdır”.
Onun sözlərinə görə, Ukrayna böhranı başladığından bugünə kimi qlobal çağırışlar bitmək bilmir: “Amma onlara Suriya və İraqda ekstremistlərlə müharibəni, İsraiul-Fələstin qarşıdurmasını və Əfqanıstandakı vəziyyəti xatırlatmaq kifayətdir. Böhranla bağlı danışdığımızda Afrikanı da unutmamalıyıq. Rusiya artıq Çad və CAR-da piratçılığa qarşı mübarizə üçün Avropa İttifaqına yardım göstərib”.
Lavrov Rusiya ilə Qərb arasında münasibətlərdən qarşılıqlı imtinanın həll olu olmadığını, lakin münasibətlər davam etdiyi təqdirdə əvvəlki vəziyyətin mümkünsüzlüyünü də qeyd edib.
Samir