“Aralıq dənizinin şərqində təktərəfli və qanunsuz addımlar atan Türkiyə bölgədə gərginliyin artmasına xidmət edir”.
Teleqraf.com xəbər verir ki. Bunu Yunanıstan hökumətinin sözçüsü Stelios Petzas deyib.
“Avropalı tərəfdaşlarımız sanksiya siyahısı hazırlayıb, Ankaranı gərginliyi azaltmağa çağırırlar. Əks təqdirdə sanksiyalar qüvvəyə minəcək. ABŞ Dövlət Departamentinin son açıqlamasında da Türkiyə qınanılıb. Bu səbəbdən də gərginliyi azaltmaq və ya sanksiyaları seçmək, Ankaranın öz əlindədir”.