6 Sentyabr 2020 16:44
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ötən sutka ərzində 139 nəfər koronavirusdan (COVID 19) dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, İranda bu virusdan ölənlərin sayı 22 293 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 1 992 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların ümumi sayı 386 658 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 722 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 333 900 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətlərinin qırmızı zona hesab olunduqları qedy edilib.

Ölkədə indiyədək 3,38 milyondan çox diaqnoz testi həyata keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər