13 Oktyabr 2014 16:52
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərliyi ilə yaradılan koalisiya “İraq-Şam İslam Dövləti” (İŞİD0 terror təşkilatını məhv etmək üçün Suriya prezidenti Bəşər Əsəd ilə əməkdaşlıq etməlidir.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov açıqlayıb. Onun sözlərinə görə, bu uğur qazanmağın yeganə üsuludur:

“Bir ölkənin hakimiyyəti terrorla mübarizə aparmaq istədikdə ABŞ və müttəfiqləri bu əməkdaşlığı necə rədd edə bilər?! Ortada bir ölkənin suverliyi məsələsi var. İraqda olduğu kimi, Suriyada da rəhbərliklə əməkdaşlıq məcburidir. İkili standartlardan əl çəkilməlidir”.

Boqdanov terrorla mübarizənin kollektiv və əsas prinsiplər çərçivəsində aparılmasının zəruri olduğuna da diqqət çəkib.


Samir


Müəllif:

Oxşar xəbərlər