9 Sentyabr 2020 12:47
6 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qadınların çarşab taxmasına qarşı aksiya keçirən və Türkiyəyə qaçan Məryəm Şəriətmədari Dənizli polisi tərəfindən həbs edilib. Deportasiya üçün saxlanma məntəqəsinə aparılan Məryəmə dəstək məqsədilə sosial şəbəkələrdə çağırış edilib.

Teleqraf.com xəbər verir ki, bundan sonra Türkiyədə könüllü vəkillər və insan haqları müdafiəçiləri iranlı qıza sahib çıxıblar.

Xatırladaq ki, Tehranda bir qrup xanım çarşab taxmağın məcburi olmasına etiraz edərək aksiya keçirib. 2018-ci ildə baş verən aksiya zamanı Məryəm divara çıxaraq çarşabını atıb. Həbs olunub, sonra azadlığa buraxıllb. Barəsində yenidən həbs qərarı çıxarıldığını öyrənəndə Türkiyəyə qaçıb.

Dənizli şəhəri yaxınlığında saxlanılan Məryəm İnstaqamda canlı yayımda ölkəsinə qaytarılmaması üçün Türkiyədən dəstək istəyib. İrana qaytarılacağı təqdirdə edam olunacağını bildirən Məryəmə sosial şəbəkələrdən çoxsaylı dəstək gəlib.

Könüllü vəkillər, insan haqları müdafiəçilərinin prosesə müdaxilə etməsindən sonra Məryəm azadlığa buraxılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər