13 Oktyabr 2014 18:04
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkalı siyasətçilər Türkiyə ilə münasibətlərin dondurulmasını tələb edirlər.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Danimarka xarici işlər naziri Martin Lidegaard açıqlayıb. Onun sözlərinə görə, buna səbəb kimi islam əleyhidarı Lars Hedegarı öldürməyə cəhd edən şübhəlinin Türkiyədə sərbəst buraxılması göstərilir.

Lidegaard bununla bağlı Türkiyəyə nota verildiyini də təsdiqləyib: “NATO-da müttəfiq olduğumuz bir ölkə necə belə bir şey edər. Türkiyə NATO-dan atılmalı və Aİ-yə daxil olma şansı ortadan qaldırılmalıdır”.

Parlamentdə təmsil olunan siyasi partiyalar Türkiyə ilə münasibətlərin dondurulmasını tələb edərkən, Hedegaard açıqlamaları ilə diqqət çəkib: “Mən şübhəlinin Danimarkaya ekstradisiya edilərək mühakimə olunmasını gözləyirdim, amma sərbəst buraxılması məni çox təəccübləndirdi. Şübhəli bəlkə Suriya və İraqa keçib və orada qadın və uşaqların başlarını kəsir”.

Samir


Müəllif:

Oxşar xəbərlər