İngiltərədə "Məhvə qarşı üsyan" adlı qrupun iki xanım üzvü iqlim böhranına diqqəti çəkmək üçün yarıçılpaq formada özlərini İngiltərə parlamentinin divarlarına bağlayıb.
Teleqraf.com xəbər verir ki, velosiped açarı ilə özlərini Vestminster Sarayının hasarlarına bəndləyən xanımlar bədənlərində etiraz şüarları da yazıblar.
Hadisə yerinə gələn polis əməkdaşları etirazçıları həbs edib.