13 Sentyabr 2020 18:11
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə “İldırım” əməliyyatının 11-ci mərhələsinin gedişatında Şirnak ərazisində 3 terrorçu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bildirib.

"Türkiyə jandarmeriya qüvvələrinin "İldırım" əməliyyatının 11-ci mərhələsinin gedişatında Bestler ərazisində üç silahlı terrorçu zərərsizləşdirilib", - xəbərdə deyilir.

Regionda əməliyyatlar davam edir.

Qeyd edək ki, PKK 1984-cü ildən Türkiyədə terror aktları həyata keçirir. Bu illər ərzində terrorçular tərəfindən təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin öldürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər