Türkmənistanın Aşqabad şəhər məktəblərində valideynlər uşaqlarına epidemiyaya qarşı davranış qaydalarını öyrədəcəkləri ilə bağlı yazılı iltizam verməlidirlər.
Teleqraf.com-un məlumatına görə, imzalamaq üçün valideynlərə təqdim olunan blankın mətnində COVID-19 haqda bir kəlmə də yazılmayıb.
Sənəddə deyilir ki, valideynlər 2020-2021-ci tədris ilində öz övladları ilə maska taxmaq, əlləri yumaq və məsafə gözləməyin vacibliyi barədə iş aparmalıdırlar.
Uşağın temperaturu 37-dən yuxarı qalxarsa, öskürmək, asqırmaq, burun axması kimi əlamətlər meydana çıxarsa, valideyn təcili ailə həkimini çağırmalı, həkim göstərişi ilə uşaq evdə, yaxud xəstəxanada müalicə almalıdır.