16 Sentyabr 2020 17:49
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yayıldığı Uhan şəhəri 8 aylıq fasilədən sonra hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşınmasını bərpa edib.

Teleqraf.com xəbər verir ki, sentyabrın 16-da yerli vaxtla saat 10:30-da Cənubi Koreyanın “T'way” aviasiya şirkətinə məxsus və göyərtəsində 60 sərnişin olan “Boeing 737” tipli təyyarə Uxanın “Tianhe” beynəlxalq hava limanına enib. Epidemiya əleyhinə qaydalara uyğun olaraq, bütün sərnişinlər COVID-19 testinin mənfi nəticəsini və sağlamlıq haqqında arayışı təqdim ediblər. Təyyarə saat 13:55-də havaya qalxaraq Seula yola düşüb.

Qeyd edək ki, “T'way” digər aviasiya şirkətləri kimi COVID-19 böhranı ilə əlaqədar yanvarda Uhana uçuşları dayandırmışdı. Belə ki, yanvarın 23-də Uhanda sərt karantin rejimi elan olunmuş və şəhərə bütün növ giriş-çıxış, o cümlədən yerli və beynəlxalq hava nəqliyyatı ilə sərnişin daşınması dayandırılmışdı. Şəhərdə epidemik vəziyyətin yaxşılaşması fonunda aprelin 8-də daxili uçuşlar bərpa edilib və o vaxtdan bəri 64 mindən çox sərnişin daşınıb. Hazırda daxili uçuşların və daşınan sərnişinlərin sayı virusun yayılmasından əvvəlki vaxta olan səviyyəyə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər