18 Sentyabr 08:45

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 30 milyon nəfəri ötüb.

Teleqraf.com xəbər verir ki, bunu, virusla bağlı hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 30 003 378 nəfər çatıb. Onlardan 943 203 nəfəri ölüb, 20 398 381 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (6 664 021), Hindistanda (5 118 253) və Braziliyada (4 419 083) qeydə alınıb.


Müəllif: Teleqraf.com