18 Sentyabr 2020 12:44
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi İranın 2 şirkətinə və bu şirkətlə əlaqələri müəyyən edilən 45 nəfərə sanskiya tətbiq edəcək.

Teleqraf.com xəbər verir ki, ABŞ sanksiya tətbiq etdiyi şirkət və fərdi şəxslərin kiber hücum qrupu olduğunu elan edib.

Maliyyə Nazirliyi elan edib ki, iranlı müxalifətçiləri, jurnalistləri və beynəlxalq turizm şirkətlərini hədəfə alan, pis niyyətli yazışmaları ilə kiber hücumlar həyata keçirən İranın 2 şirkəti və 45 vətəndaşına qarşı sanksiya tətbiq ediləcək.

Sözügedən şirkətlər "Advanced Persistent Threat39" ilə "Rana İntelligence Computing Company"dir. İddia edilib ki, hər iki şirkət İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin nəzarəti altında olub.
Əlavə edilib ki, bu şirkətlər İran kəşfiyyatının təhdid saydığı beynəlxalq qurumlara, səyahət şirkətlərinə qarşı kiber hücumlar həyata keçirib.

ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən İran kəşfiyyatının "Rana İntelligence Computing Company" şirkətinin vasitəsilə kompüterlərə icazəsiz müdaxilə üçün istifadə olunan 8 fərqli yazı təsbit edilib.

Maliyyə Nazirliyi elan edib ki, bu şirkət və şəxslərə sanksiya tətbiq etməsinin əsas məqsədi İran kəşfiyyatının kiber hücumlarının qarşısını almaqdır.


Müəllif: Cavad