Ankara ilə Qahirə arasında müzakirələr aparılır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri məşhur türk jurnalisti Hande Firat Türkiyə-Misir münasibətləri haqqında yazısında qeyd edib.
Onun fikrincə, Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Liviya ilə əldə edilən anlaşmanın bənzərini Misirlə də imzalaya bilərik” sözləri bu baxımdan əhəmiyyətlidir:
"Türkiyə ilə Misir arasında kontaktların olmadığını demək doğru deyil. Mövlud Çavuşoğlu Misirlə kəşfiyyat sahəsində münasibətlərin olduğunu təsdiq edib”.
Misirin Şərqi Aralıq dənizindəki mövqelərinə rəsmi Ankaranın baxışını açıqlayan şərhçiyə görə, Yunanıstan sadəcə Misirdən istifadə edir: “Başqa hər hansı məsələdə ortaq maraqları yoxdur. Yunanıstan Türkiyə ilə gərgin münasibətlərin üzərindən Misiri yanına çəkir. Birləşmiş Ərəb Əmirliyi Misirə nağd pul axıdır. Misirdən istəyi Türkiyə ilə müzakirələr aparmaması, Yunanıstanla birlikdə Ankaraya qarşı durmasıdır. Bunun fərqində olan Ankara Misirlə bir müddət əvvəl başladığı “arxa qapı diplomatiyası”nı davam etdirir. İki ölkənin kəşfiyyat xidmətinin rəhbərləri görüşürlər”.
Siyasi şərhçi Şərqi Aralıq dənizi ilə bağlı Ankaranın Qahirəyə etdiyi təklif haqqında da fikirlərini açıqlayıb: “Təklif edilən anlaşma Misirə üç Kipr adası böyüklüyündə ərazi qazandırır. Ankara Qahirəyə “dəniz sərhədi məsələsində bizimlə anlaşarsansa, 3 Kipr boyda ərazini iqtisadiyyatına qatarsan” deyir. Beləcə açıq formada Misirin maraqları Türkiyə ilə hərəkət etməkdir mesajı verilir”.