18 Sentyabr 2020 14:56
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, ABŞ Prezidenti Donald Tramp, Türkmənistan, Braziliya və Meksika prezidentləri, habelə Hindistan və Böyük Britaniyanın baş nazirləri “Şnobel” mükafatına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Qazeta.Ru” məlumat yayıb.

Qeyd olunur ki, mükafata layiq görülənlər pandemiya zamanı siyasətçilərin həyat və ölümə həkim və elm adamlarından daha çox təsir göstərdiyini göstərib.

“Şnobel” mükafatı beynəlxalq mükafat olan “Nobel” mükafatının parodiyasıdır. Bu, yumoristik jurnal olan “Annals of Improbable Research” tərəfindən “əvvəlcə güldürən, sonra düşündürən nailiyyətlər” üçün təqdim olunur.

Mükafata layiq görülənlərə ənənəvi olaraq 10 trilyon Zimbabve dolları verilir.

Məqsəd insanların diqqətini cəlb etmək və elm, tibb və texnologiyaya marağını artırmaqdır.

Bu il mükafatlandırma mərasimi 30-cu dəfə təşkil edilib. Pandemiya səbəbindən mərasim tamamilə onlayn formata keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər