İranda ötən sutka ərzində yeni növ koronavirusa yoluxan 183 ölüb.
Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 24301 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3097 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 422140 nəfərə yüksəlib.
O əlavə edib ki, İranda indiyədək 359570 nəfər koronavirusdan sağalıb.