Cənubi Kiprə səfərə hazırlaşan Yunanıstan prezidenti Katerina Sakelaropulu Türkiyəyə qarşı ağır ittihamlar səsləndirib.
Teleqraf.com xəbər verir ki, Sakelaropulu "Türkiyənin tərzi Avropa Birliyi (AB) üzv dövlətlərinin sabitliyinə qarşı yğnəlməklə bölgədəki sülh və təhlükəsizliyi təhdid edir", deyə qeyd edib.
"Türkiyə ilə diplomatik münasibətlərin yolunu gözdən keçiririk. Yaxşı qonşuluq siyasətinə hörmətlə yanaşırıq. Amma Türkiyənin hər hansı meydan oxumasına qarşı cavab verməyə hazırıq".