BMT-nin baş katibi Antoniu Quterreş ABŞ-ın sorğusu üzrə 2 231 qətnamə çərçivəsində İrana qarşı sanksiyaları bərpa etməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın baş katibinin məktubunda deyilir.
Quterreşin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında bu məsələ üzrə müəyyənliklər yoxdur.
Təhlükəsizlik Şurasının əksər üzvləri ABŞ Dövlət Katibi Mayk Pompeo tərəfindən göndərilən məktubun 2 231 saylı Qərarın 11-ci bəndinə uyğun olmadığını qeyd ediblər.
Şura üzvlərinin əksəriyyəti ABŞ-ın İranla nüvə sazişinin iştirakçısı olmadığı üçün sanksiyaların bərpasına qarşı çıxıblar.