22 Sentyabr 2020 15:32
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı jurnalist Andre Vlçekin cəsədi İstanbulda avtomobilin içərisində tapılıb.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, hadisə Kəmankeş küçəsi üzərində yerləşən oteldə baş verib.

Rusiya doğumlu olan amerikalı jurnalistin xanımı Rossie İndiria Vlçek iki sürücü ilə birlikdə Samsunda kirayə götürdüyü avtomobillə İstanbula yollanıb.

İstanbulda qalacaqları otelin qarşısına saat 05:30-da çatdıqdan sonra xanımı jurnalisti oyandırmaq istəyib. Lakin bu zaman Andre Vlçekin hərəkət etmədiyi ortaya çıxıb. Xanımı və sürücülər dərhal təcili yardıma müraciət ediblər.

Hadisə yerinə gələn təcili yardım mütəxəssisləri jurnalistin öldüyünü bildiriblər. Bundan sonra polis küçədə ciddi təhlkəsizlik tədbirləri görüb. Həmçinin hadisə yerində və avtomobildə araşdırmalar başlanılıb.

Araşdırmaçı jurnalistin ölümünün polis qeydlərində “şübhəli ölüm” kimi keçdiyi ortaya çıxıb. Andre Vliçekin cəsədi morqa aparılıb, avtombil isə araşdırma üçün polis qarajına çəkilib. Jurnalistin xanımı və sürücülərin ifadəsinin alınacağı bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər