24 Sentyabr 2020 11:21
3 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan ölüm cəzasının ləğvi ilə bağlı beynəlxalq protokola qatılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

BMT-nin mənzil-qərargahında Qazaxıstanın qurumdakı daimi nümayəndəsi Kayrat Umarov ölüm hökmünün ləğv edilməsinə yönəlmiş Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktına dair protokolu imzalayıb.

Ölüm cəzasının ləğvi ilə bağlı protokola qoşulma qərarı daha əvvəl ölkə Prezidenti Kasım-Jomart Tokayev tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi siyasi müzakirələrindəki çıxışında elan edilib. O, Qazaxıstanın insan ləyaqətinin təməl hüquqlarını həyata keçirməyə sadiq olduğunu vurğulayıb.

Qazaxıstan hökumətinin ölüm cəzasını ləğv etmək və beynəlxalq protokola qoşulmaq niyyəti 2019-cu ilin dekabrında gündəmə gəlib.

Qazaxıstanda ölüm hökmünün tətbiqinə məhdudiyyətsiz bir moratorium 2003-cü ildən bəri qüvvədədir. Eyni zamanda, ölüm cəzası cinayət cəzasının bir növü kimi, moratorium tərəfindən ləğv edilməyib. 2004-cü ildən bəri bunun əvəzinə ömürlük həbs cəzası tətbiq olunur.

İndi respublikada həbsxanada ölüm cəzasına məhkum edilmiş yalnız bir kamikadze var. O, Ruslan Kulekbayevdir. 2016-cı ildə Alma-Atada 10 nəfəri vurub.


Müəllif: Mənsur Rəğbətoğlu