ABŞ şirkətləri Türkiyəyə dərman satışını dayandıra bilər.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyi Türkiyənin Amerika dərman şirkətlərinə borcu olduğunu və uzun müddətdir ödəmədiyini bəyan edib.
Səfirlik bildirib ki, Türkiyə borcunu ödəmədiyi təqdirdə ABŞ-ın dərman şirkətləri Türkiyəyə dərman satışını dayandıra bilər.
ABŞ-ın Ankaradakı səfiri David Satterfield deyib ki, Türkiyədəki dövlət xəstəxanalarının xarici dərman şirkətlərinə borcu bir il içərisində 230 milyon dollardan 2,3 milyard dollara qədər artıb.
Səfir əlavə edib ki, bir il əvvəl ABŞ iqtisadiyyat nazirinin Prezident Ərdoğan və Maliyyə naziri Berat Albayraqla görüşündə bu problemin həll ediləcəyinə dair söz verilib.