24 Sentyabr 2020 23:13
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton iranlı güləşçi Navid Əfkarini edam cəzasına məhkum edən məhkəmə hakiminə qarşı yeni sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Venesuela və iran üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.

Qeyd edək ki, Əfkari 2018-ci ildə hökumət əleyhinə küçə nümayişlərində iştirakı və xüsusi qrup təşkil edərək İranda hakim rejimi devirməyə çalışması ittihamı ilə ölüm hökmünə məhkum edilmişdi. UFC rəhbəri Deyn Uaytın, ABŞ Prezidenti Donald Trampın, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın çağırışlarına baxmayaraq, İran hökuməti 27 yaşlı idmançını sentyabrın 13-də edam etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər