25 Sentyabr 2020 13:39
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Çin arasında yenidən gərginlik yaşanıb.

Teleqraf.com xəbər verir ki, gərginlik BMT Təhlükəsizlik Şurası üzvlərinin COVİD-19 pandemiyası və ondan sonrakı inkişaf mərhələsini müzakirə etmək üçün bir araya gəldiyi zaman baş verib.

Videokonfrans formatında baş tutan tədbir daha çox ABŞ və Çinin BMT-dəki daimi təmsilçilərinin mübahisəsi ilə yadda qalıb.

Mübahisə Çin və Rusiya xarici işlər nazirlərinin ABŞ sanksiyalarını sərt tənqid etməsi ilə başlayıb.

ABŞ-ın BMT-dəki daimi təmsilçisi Kelyy Kraft bu tənqidlərə cavab verərək bəyan edib ki, məclisdə belə müzakirələrə görə utanır: “Önümüzdə kritik məsələ yerinə siyasi və kin-küdrətə fokuslaşan şura üzvlərinə ayıb olsun”.

ABŞ nümayəndəsi çıxışı zamanı COVİD-19-un dünyada yayılmasına görə bir daha Çinin günahkar olduğunu bəyan edib.
Çinin BMT-dəki təmsilçisi Cang Cun isə ABŞ nümayəndəsini təhqir edib. Bildirib ki, dünyada inkişaf edən ən müasir texnologiya sahiblik etməsinə baxmayaraq ən çox yoluxmaya da ABŞ liderlik edir.

Cang eyni zamanda ABŞ-ı siyasi virus və informasiyanı çirkləndirməkdə ittiham edib, Amerikanın qarşıdurma və parçalanma yaratdığını iddia edib.


Müəllif: Cavad

Oxşar xəbərlər