26 Sentyabr 2020 12:31
3 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kostroma vilayətindən olan xadimə Marina Udqodskayanın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, qadın Povalixinsk kəndinin rəhbəri seçiləndən sonra bütün Rusiyada məşhurlaşıb.

Kəndin yeni rəhbərinin namizədliyi “Moskovski komsomolets” qəzetinin jurnalisti Dmitri Popov tərəfindən eksperiment kimi irəli sürülüb. Jurnalist müraciət mexanizminin necə işlədiyini yoxlamaq istəyib.

“Əllə müraciət yazmaq nəticə verməyəcək. Nobel Komitəsinin veb saytında xüsusi forma var. Hər kəs namizəd irəli sürə bilməz. Məsələn, suveren dövlətlərin parlamentləri və milli hökumətlərinin üzvü, yaxud dövlət başçısı, Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmaq tələb edilir.

Bununla yanaşı namizəd irəli sürmək hüququ olan kifayət qədər geniş kateqoriya da var: universitet professorları, fəxri professorlar və tarix, ictimai elmlər, hüquq, fəlsəfə, teologiya və din üzrə elmi dərəcəsi olanlar, universitet rektorları, sülh və xarici siyasət problemlərini öyrənən institutların direktorları və sair”.

Dmitri Popov özünü bu kateqoriyaya aid edib. Onun sözlərinə görə, Beynəlxalq İnstitutun jurnalistika fakültəsində mühazirə oxuyub. Bu, işə yarayıb – jurnalist Nobel mükafatı nominasiyasının elektron formasına giriş əldə edib. Beləliklə, bu addım sınaq məqsədilə atılsa da, komitə müraciəti qəbul edib.

Keçmiş xadimə kəndin rəhbəri kimi səlahiyyətlərinin icrasına isə oktyabrın 1-dən başlayacaq.

Qeyd edək ki, Marina Udqodskayanın kənd rəhbərliyinə namizədliyi süni rəqabət yaratmaq məqsədi ilə irəli sürülüb. Ancaq gözlənilmədən seçicilər onu qalib çıxarıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər