Pakistan Baş naziri İmran Xan BMT Baş Assambleyasının toplantısında çıxışa başladığı zaman Hindistan diplomatı Mijito Vinito salonu tərk edib.
Teleqraf.com xəbər verir ki, Baş Assambleyanın sessiyasında dünya liderlərinin videokonfrans yolu ilə çıxışları davam edir.
Pakistan Baş naziri İmran Xan çıxışında Hindistan və Pakistan arasında mübahisəli bölgə olan Kəşmirdə islama qarşı atılan addımları tənqid edib:
“Biz nifrət və zorakılığın təşviq edilməsinin qadağan olunması vacibliyini qeyd edirik. BMT islam düşmənçiliyi ilə mübarizə üçün beynəlxalq gün elan etməlidir”.
Baş nazirin çıxışı zamanı Hindistan diplomatı Mijito Vinito salonu tərk edib.
Hindistanın BMT-dəki daimi nümayəndəsi Tirumurti isə bəyan edib ki, İmran Xanın çıxışından sonra Hindistanın cavab haqqı var.