Yaponiyanın cənub-qərbində həyatı iflic edən “Vonqfonq” qasırğası bir nəfərin ölümünə səbəb olub.
Teleqraf.com ria.ru-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 1200 qatarın hərəkəti dayandırılıb, hava limanlarında isə 660 reys təxirə salınıb. Rəsmi məlumatlarda iki nəfərin itkin düşdüyünü, 100 nəfərin isə yaralandığını və həmçinin qasırğanın regionda ciddi fəsad törətdiyini də bildirirlər.
Bölgədə fövqəladə vəziyyət elan olunub.
Samir