“Ermənistan təxribatçı bir addımla Azərbaycanın mülki əhalisinin yaşadığı ərazilərə hücum edir. Məlum olduğu kimi, Ermənistan iki ay əvvəl Tovuza qarşı da hücuma keçmişdi”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Bülənt Orakoğlu deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev son hücumlardan əvvəl Ermənistanın savaşa hazırlaşması barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdı:
“Bu çağırışı ilə bir növ Ermənistana xəbərdarlıq etdi. Ancaq gözləri dönmüş Ermənistan rəhbərliyi bu çağırışlara məhəl qoymayaraq ayın 27-də Azərbaycanın mülki əhalisinin yaşadığı ərazilərə hücum etdi. Azərbaycanın əks-hücumu ilə qarşıdurmalar başladı. Nəticədə Azərbaycan işğal edilmiş bəzi ərazilərini azad etdi.
Azərbaycan ordusu tərəfindən ağır məğlubiyyətə uğrayan Ermənistan başını itirib. Bu gəlişmələrdən sonra Türkiyə müdafiə naziri Hulusi Akar açıqlama verərək dedi ki, azərbaycanlı qardaşlarımızın yanındayıq, Ermənistan dərhal hücumları dayandırmalı, işğal etdiyi ərazilərdən çıxmalıdır. Ərdoğan isə bildirdi ki, bu yolla atəşkəsin və sabitliyin yolu açılacaq. İki dövlət, bir millət olan Türkiyə və Azərbaycan Ermənistandan 30 il əvvəl işğal etdiyi ərazilərdən geri çəkilməsini istəyir.
BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsinə məhəl qoymayan Ermənistan hansı cəsarətlə Azərbaycana hücum edir? Beynəlxalq güclər və Qərbin əlaltısı olan Ermənistan terror dövləti statusundadır. Bu səbəbdən də PKK terror təşkilatı və muzdlulara qucaq açıb”.
Orakoğlu Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun keçən 30 il ərzində irəli doğru bir addım belə atmadığını deyib: “Ərdoğan bu dövlətlərin – Rusiya, ABŞ və Fransanın bu münaqişəni həll etməmək üçün əllərindən gələni etdiklərini, indi isə hamıya ağıl verdiklərini demişdi”.