Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutmasından sonra cəbhə xəttində başlayan toqquşmalar davam edir. Azərbaycan ordusu əks-hücuma keçərək bəzi yaşayış məntəqələrini işğaldan azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin dərc etdiyi məqalədə bildirilib.
Məqalədə Azərbaycan ordusundan ağır zərbələr alan Ermənistanın rəhbəri Nikol Paşinyanın dünya liderlərinin qapısında gözləməyə başladığı qeyd edilib:
“Amerikanın “Nyu-York Tayms” qəzetinə müsahibə verən Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla Türkiyənin Dağlıq Qarabağdakı rolunu müzakirə etmək üçün vəd aldığını, ancaq Trampın koronavirusa yoluxmasından sonra bunun baş tutmadığını deyib.
Xəbərdə Paşinyanın ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obraynla telefon əlaqəsi qurduğu və məsələni qaldırdığı bildirilib. Obrayn Paşinyana Trampla telefon danışığı təşkil edəcəyinə söz verib.
Lakin bu görüşdən bir neçə saat sonra Trampın koronavirus testi müsbət oldu və Paşinyanın “ABŞ-ı Ermənistanın tərəfinə çəkmək fürsəti” fiaskoya uğrayıb”.