Türkiyə parlamentinin Xarici İşlər Komitəsinin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda müxtəlif ölkələrlə Türkiyə arasındakı beynəlxalq müqavilələrə dair bəzi qanunvericilik təklifləri müzakirə edilib və razılaşdırılıb.
Komitə “Türkiyə və Azərbaycan arasında Energetika və Mədən Sahələrində Əməkdaşlığa dair” sazişi müzakirə edilərək qəbuk olunub.
Təklifə görə, Azərbaycan ilə Türkiyə arasında energetika və mədən sahələrində əməkdaşlıqla yanaşı, iki ölkə arasında bu sahələrdə birgə axtarışların aparılması təmin ediləcək.